XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2016 - 13:22

Azərbaycanda rabitə müəssisələri ilə bağlı yeni qanun –Cəzalar ağırlaşdırıldı

MİlliMecliss

Azərbaycanda rabitə müəssisələri (operatorlar) ilə bağlı tələblər sərtləşdirilir.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni əlavəyə görə, rabitə müəssisələri (operatorlar), həmçinin onların diller və distribütorları tərəfindən rabitə vasitələrinin satışı və istifadəsi zamanı xidmət göstərilən fiziki və hüquqi şəxslərlə bağlanan müqavilələrdə və abunəçilərə dair məlumat bazalarında nəzərdə tutulması vacib olan məlumatların daxil edilməməsinə görə cərimələr tətbiq olunacaq.

Belə ki, qeyd olunan tələbin yerinə yetirilməməsinə görə, vəzifəli şəxslər 2 000, hüquqi şəxslər 3 000 manat miqdarında cərimə ediləcək.

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə isə vəzifəli şəxslər 4 000, hüquqi şəxslər isə 6 000 manat cərimə ediləcək.

Digər əlavəyə görə isə ərizəçiyə dair məlumatların vahid məlumat bazasına elektron formada daxil edilmədən telefon nömrələrinin (sabit, mobil) operatorların şəbəkəsində aktivləşdirilməsinə görə də cərimələr nəzərdə tutulur. Bu tələbin yerinə yetirilməməsinə görə, vəzifəli şəxslər 2 000, hüquqi şəxslər 3 000 manat miqdarında cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə vəzifəli şəxslər 4 000, hüquqi şəxslər 6 000 manat cərimə ediləcək.

Dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qafqazinfo