XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2016 - 13:41

Şahmar Mövsümov Asiya İnkişaf Bankının vitse-prezidentiylə görüşdü

sahmar-2

Bu gün Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov ilə Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Vençay Janq arasında görüş keçirilib.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, Ş. Mövsümov ARDNF-nin fəaliyyəti, Fondun vəsaitlərinin idarə edilməsi və investisiya fəaliyyəti, Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) çərçivəsində Azərbaycanın gördüyü işlər barədə məlumat verib.

Görüş zamanı V. Janq Asiya İnkişaf Bankının dəstəyi ilə Azərbaycanda həyata keçirilən layihələr barədə danışıb.

Görüşdə, həmçinin Azərbaycan ilə AİB arasında əməkdaşlığın perspektivləri və digər məsələlər ətrafında müzakirələr aparılıb.