XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 November 2016 - 14:18

Hüquqi şəxslərin cinayətə cəlb olunması… –Qanun dəyişir

meclis

Cinayət Prossesual Məcəlləsinə (CPM) hüquqi şəxslərin cinayətə cəlb olunması ilə bağlı yeni – "Hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat” adlı fəslin əlavə edilməsi təklif olunub.

Bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında çıxış edən komitə sədri Əli Hüseynli bildirib.

Onun sözlərinə görə, 2012-ci ildə Cinayət Məcəlləsinə hüquqi şəxslərin cinayət məsuliyyəti ilə bağlı maddə əlavə olunsa da, CPM-də hüquqi şəxs barəsində cinayət hüquqi tədbirlərin tətbiq edilməsi ilə əlaqədar müddəa olmayıb:

"Bu isə hüquqi şəxslərə qarşı cinayət materialının hazırlanmasında müəyyən problemlər yaradırdı. CPM-də nəzərdə tutulan yeni fəsldə hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın xüsusiyyətləri, məhkəməyədək icraat, hüquqi şəxslərin nümayəndəsi və onların müdafiəçisi, həmçinin icraat zamanı müəyyən edilməli olan hallar, hüquqi şəxslər barəsində tətbiq oluna biləcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi və məhkəməyədək icraatın qurtarması, eləcə də məhkəmə baxışının xüsusiyyətləri ilə bağlı müddəalar nəzərdə tutulur. Bu fəsildə hüquqi şəxs barəsində ibtidai və məhkəmə istintaqının obyektiv aparılması və düzgün qərar verilməsi üçün bütün müddəalar öz əksini tapıb”.

Məcəlləyə təklif edilən dəyişikliklər layihəsi parlamentin plenar iclasına tövsiyə olunub(Qafqazinfo).