XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2016 - 12:24

“Dünyanın polisi olduqlarını düşünürlər, amma deyillər” –Əsəddən Trampa mesaj

esed

Suriya preizdenti Bəşər Əsəd Portuqaliyanın RTP televizyasına müsahibə verib.

Strateq.az xarici mediaya istinadən xəbər verir ki, Əsəd müsahibəsində ABŞ yeni prezidenti Donald Trampın İŞİD-ə qarşı  sərt mübarizə çərçivəsində Suriya ilə münasibətləri düzəltməyə yönəlik açıqlamalarına da münasibəti bildirib.

O, Trampın Suriya ilə bağlı açıqlamasında verdiyi sözü tuta biləcəyinə əmin olmadığını deyib: "Onun nə edəcəyini deyə bilmərik. Əgər terroristlərə qarşı savaşarsa, təbii ki, ruslar, iranlıllar kimi, müttəfiq olacağıq".

Trampın seçki kampaniyası boyunca Suriyada İŞİD-ə qarşı olacaqlarını söyləməsinin təkrar xatırlanması üzərinə Əsəd deyib ki, bu, ABŞ-la dostlaşmaya ümid verir: "Ancaq Tramb bunu yerinə yetirə yetirə biləcəkmi? Tramp idarəçilikdəki tarazlayıcı güclərlə bağlı nə edəcək?

Hazırda media tam şəkildə qarşısındadır. Bununla necə başa çıxacaq? Bütün bunlar Trampın sözlərinin üstündə dura biləcəyinə bizdə şübhə yaradır".

ABŞ-ın başqa ölkələrlə münasibətləri də düzgün qurmadığını tənqid edən Əsəd "Dünyanın polisi, prokuroru, məhkəməsi olduqlarını düşünürlər. Amma deyillər", – deyə, bildirib.

Strateq.az