XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 November 2016 - 13:54

Rusiya döyüş gəmiləri ilə 3 şəhəri vurdu,ABŞ-dan sərt açıqlama gəldi

gemi-1.jpg

Rusiya bu gün ilk dəfə döyüş gəmilərindən istifadə etməklə, Suriyada həm İŞİD-in, həm də ABŞ və Türkiyənin də dəstəklədiyi müxalif hərbi birləşmələrin olduğu şəhərlərə ağır zərbələr endirib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün İdib, Hələb və Hamusdakı müxaliflərin mövqeləri Rusiyanın döyüş gəmilərindən açılan 70-dən çox raket atəşləri ilə vurulub. Təkcə Hələbdə 10 nəfərin öldüyü, xeyli yaralının və dağıntıların olduğu bildirilir.

ABŞ isə Rusiyanın Suriyada davam edən 5 illik savaşda bu gün ilk dəfə savaş gəmilərini hərəkətə gətirib, yeni silahdan istifadə etməsini isə "şou" adlandırıb: "Rusiya şou göstərir. Onlar İŞİD-i vurmaq əvəzinə, Hələbdəki mülki əhalini vururlar".

ABŞ-ın bu ittihamına Rusiyanın cavabı gecikməyib.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Hələbə atəş açmayıblar: "Ancaq İdib və Hamusdakı terroristlərə zərbə vurulub. Bundan sonra da savaş gəmilərimiz əməliyyatda daha aktiv iştirak edəcəklər".

Suriya prezidenti Bəşər Əsəd isə Hələbi Rusiyanın deyil, onların vurduğunu bəyan edib: "Hələbi terrorçulardan təmizləmək istiqamətində əməliyyatı Suriya ordusu aparır".

Strateq.az