XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

16 Noyabr 2016 - 15:02

Əli Abbasov qaynının nazirlikdəki “əməliyat”ından danışdı:"250 milyon absurd bir rəqəmdir"

eli-abbas-nazir

Sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun qaynı Elçin İbrahimovun istintaqda sorğu-sual olunması ilə bağlı mətbuatda xəbərlər yayılıb.

Həmin xəbərdə qeyd olunub ki, E.İbrahimov RYTN xətti ilə aparılan 250 milyon manatlıq tikinti işlərini gerçəkləşdirib. E.İbrahimovun sədri olduğu "Qafqaz-S” inşaat məhdud məsuliyyətli cəmiyyətinin tikintiləri gerçəkləşdirərkən külli miqdarda vəsaitlərin mənimsənilməsinə əsaslı şübhələr olduğu üçün sorğu-sual olunub.

Strateq.az xəbər verir ki, bununla bağlı Unikal.org-a açıqlama verən sabiq nazir Əli Abbasov yazılanlar cəfəng adlandırıb:

 "Tamamilə yanlış məlumatlardır. Mən işlədiyim dövrdə nazirlikdə bu məbləğdə tikinti quraşdırma işləri aparılmayıb. 100-ə yaxın orta və kiçik şirkətlə işləmişik. Bütün bunların hamısına birlikdə qeyd olunan məbləğdə pul köçürülməyib. 250 milyon absurd bir rəqəmdir. "Qafqaz-S”-də həmin şirkətlərdən biri olub. Nə təklikdə, nə də cəm şəkildə şirkətlərə bu məbləğdə pul köçürülməsi olmayıb”.