Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla baş nazir Əhməd Davudoğlu arasında bir neçə saat əvvəl başlayan görüş başa çatıb.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə Ərdoğan baş nazirin yeni hökumətlə bağlı siyahısını təsdiqləyib. Və bununla da Türkiyədə 63-cü hökumət qurulmuş olub.
Yeni Nazirlər Kabinetinin tərkibi belədir:
Baş nazir: Əhməd Davudoğlu;
Baş nazirin müavinləri: Tuğrul Türkeş (MHP), Cevdet Yılmaz, Yalçın Akdoğan, Numan Kurtulmuş;
Ətraf mühit naziri: İdris Güllücə;
Daxili işlər naziri: Selami Altınok;
İqtisadiyyat naziri: Nihat Zeybekçi;
Maliyyə naziri: Mehmet Şimşek;
Gənclik və idman naziri: Akif Cağatay Kılıç;
Gömrük və ticarət naziri: Cenap Aşçı;
Xarici işlər naziri: Feridun Sinirlioğlu;
Avropa Birliyi üzrə nazir: Ali Haydar Konca (HDP);
Əmək və sosial təminat naziri: Ahmet Erdem;
Enerji və təbii sərvətlər naziri: Ali Rıza Alaboyun;
Nəqliyyat naziri: Feridun Bilgin;
Səhiyyə naziri: Mehmet Müezzinoğlu;
İnkişaf naziri: Müslüm Doğan (HDP);
Ədalət naziri: Kenan İpek;
Mədəniyyət və turizm naziri: Yalçın Topçu;
Elm və sənaye naziri: Fikri Işık;
Meşə və su işləri naziri: Veysel Eroğlu;
Təhsil naziri: Nabi Avcı;
Ailə naziri: Ayşen Gürcan;
Qida və heyvandarlıq naziri: Kudbettin Arzu.
Qeyd edək ki, yeni Nazirlər Kabineti Türkiyədə erkən seçki keçirilənə – noyabrın 1-dək fəaliyyət göstərəcək.