XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

17 Noyabr 2016 - 00:42

Bu gün AzərbaycandaMilli Dirçəliş Günüdür

azerbaycan bayraq(11.02.2014)

Bu gün, yəni noyabrın 17-i Azərbaycanda Milli Dirçəliş Günüdür.

Xatırladaq ki, Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapıb.

17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr – 5 dekabr, 1988-ci il) başlayıb. Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.

Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdılıb.

1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.