XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2016 - 22:02

“Qarşıdakı aylarda qeyri-neft ixracatı azalacaq və…” –Qubad İbadoğlu

Qubad İbadoglu-1

"Bir aylıq qeyri-neft ixracatından gəlirlər 1 günlük valyuta hərracının tələbindən də azdır".

Strateq.az xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, ötən 9 ay üzrə orta aylıq qeyri-neft ixracatı 93,7 milyon dollar təşkil edib:

"Gömrük məlumatında qeyd olunur ki, cari ilin 9 ayınnda ölkə üzrə qeyri-neft ixracatı 844 milyon 100 min dollar təşkil edib və bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,3 faiz azdır. Bir sözlə, bu ilin 9 ayının qeyri-neft ixracatı ötən ilin eyni dövrünün ixracatının dördə üçünə bərabər olub.  

Ötən 9 ay üzrə orta aylıq qeyri-neft ixracatı 93,7 milyon dollar təşkil edib. Lakin nəzərə alsaq ki, qeyri-neft ixracatının başlıca məhsulu meyvə və tərəvəzdir, onda çox şübhəsiz ki, mövsümi amillərin təsiri ilə sonrakı aylarda qeyri-neft ixracatı azalacaq və orta aylq səviyyə bir az da aşağı enəcək".

Qubad İbadoğlunun sözlərinə görə, bu tendensiya xüsusilə də ilin son aylarında valyutaya olan tələbat artdığı dövrə təsadüf edəcək: "Müqayisə üçün qeyd edim ki, hətta indiki səviyyədə belə Azərbaycanın bir aylıq qeyri-neft ixracatından olan gəlirləri valyuta bazarında hətta 1 günlük hərracın tələbini belə ödəmir. Onda ölkənin yaganə ümidi neft satışından əldə edilən valyuta gəlirlərinədir. Bu isə ildən ilə azalır. Çünki ölkədə neft hasilatı aşağı düşür, dünyada isə neftin qiyməti ucuzlaşır. Elə bu səbəbdən də 2017-ci ilin büdcəsində 1 barel neftin orta illik qiyməti 40 dollar müəyyənləşdirilib".

Strateq.az