XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2016 - 12:08

Diasporla İş üzrə Dövlət Komitəsinə əlavə səlahiyyət veriləcək –Yeni qanun

meclis

Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara Azərbaycan dövlətinin sosial yardım etməsi ilə bağlı şərtlər dəyişdirilir.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” qanunun 6.2-ci maddəsinə dəyişiklik müzakirəyə çıxarılır.

Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərə bilərlər” cümləsində “yardım göstərə bilərlər” sözləri “yardımı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada göstərirlər” sözləri ilə əvəz edilir. Bununla da xaricdə yaşayan azərbaycanlılara sosial yardım göstərmək istəyən hər hansı bir dövlət orqanı bu sahə üzrə müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qayda olmadan göstərə bilməyəcək.

Xatırladaq ki, xaricdə yaşayan azərbaycanlılarla bağlı müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsidir.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və noyabrın 29-da müzakirəyə çıxarılacaq.

APA