XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2016 - 12:38

Azərbaycanda 33 rayona dotasiya ayrılmayacaq –SİYAHI

prezident-aparati

"Gələn il Azərbaycanda 33 rayona dotasiya ayrılmayacaq”.

Bunu bu gün keçirilən "Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı” adlı konfransda çıxış edən millət vəkili Vahid Əhmədov deyib.

"Bu vaxta qədər 6 rayona dotasiya verilmirdi. Amma yeni büdcədə bu, 33 olacaq”, – deyə deputat konfransda çıxışı zamanı bildirib(Report).

Strateq.az-ın məlumatına görə, dotasiya almayacaq rayonlar bunlardır Mingəçevir, Naftalan, Sumqayıt, Şirvan, Abşeron, İmişli, Gəncə, Lənkəran, Şəki, Yevlax şəhərləri, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonlarıdır.

Bu 33 rayon və şəhər 2017-ci ildən xərclərini öz gəlirləri hesabına təmin edəcək.