XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2016 - 13:53

“Avronun ucuzlaşması Azərbaycana təsirsiz ötüşməyəcək” –İqtisadçıdan şərh

Vüqar

Avro dollara nisbətən son 14 ildə ən aşağı səviyyəyə düşüb. Artıq birjalarda 1 avro almaq üçün 1.06 dollar almaq lazımdır.

Məsələ bilə bağlı Strateq.az-a açıqlama verən iqtisadçı Vüqar Bayramov deyib ki, bu ayın əvvəllərində bir avroya 1 dollar 12 sent ödəmək lazım idi:

"Son həftələr 5 faizə yaxın dəyər itirən avronun ucuzlaşması D.Trampın ABŞ Prezidenti seçiləndən sonra daxili iqtisadiyyatın inkişafı haqda açıqlamaları ilə bağlı olsa da, daha sonra Federel Ehtiyatlar Sisteminin (FES) uçot stavkasının artırılması ehtimalları avronu dəyərsizləşdirdi.

FES-in uçot dərəcəsini artıracağı halda, dolların kəskin möhkəmlənəcəyindən ehtiyatlanan bir qism investorlar valyuta səbətində dəyişiklik edilər ki, bu da avro təklifini artırır. İtaliyadakı seçilər də qitənin vahid pulunun ucuzlaşmasında az rol oyanmır".

İqtisadçının sözlərinə görə, bütövlükdə, mövcud qlobal iqtisadi reallıqlar fonunda noyabrın birinci yarısı avro üçün heç də düşərli olmayıb:

"Valyuta ehtiyatlarımızın təxminən 30 faizinin avroda saxlanıldığını nəzər aldıqda, Avropa pulunu ucuzlaşması Azərbaycana da təsirsiz ötüşmür. Bu, eyni zamanda dolaysı olsa da, valyuta bazarında dollara tələbi daha da artırır".