XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 November 2016 - 15:43

Usubov daha bir generalı təqaüdə göndərdi –Yerinə təyinat olmayıb

ramil-usubov

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr verib.

Strateq.az Mia.az-a istinadən xəbər verir ki, nazir Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi, polis general-mayoru Ərziman Əliyevi vəzifədən kənarlaşdırıb. 

Ə.Əliyevin vəzifədən kənarlaşdırılmasının pensiya yaşının çatması ilə bağlı olduğu bildirilir. Hazırda onun yerinə hər hansı bir təyinat olmayıb.

DİN-in sözçüsü Ehsan Zahidov məlumatı Mia.az-a təsdiqləyib. 

O bildirib ki, polis general-mayoru Ə.Əliyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun sözlərinə görə, hələlik Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi vəzifəsinə təyinat yoxdur.