Belarus prezidenti Aleksandr Lukaşenkonun Quranı öpməsinin ardınca ölkənin sosial şəbəkələrində müzakirə üçün yeni mövzu yaranıb.
Strateq.az xəbər verir ki, Türkiyə prezidenti Ərdoğanın Minskə rəsmi səfəri və Cümə məscidinin açılışında iştirak etməsi zamanı bəzi məqamlar Belarus cəmiyyətində birmənalı qarşılanmayıb.
Məscidin açılış mərasimində Quranı öpməsi ilə ölkə əhalisini təəccübləndirmiş A.Lukaşenko demə, yeni ibatəgahda namaz da qılıbmış. Bunu isbatlayan fotolar hazırda Belarusda geniş ictimai müzakirələr doğurub.
M.Rzasoy