XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

19 Noyabr 2016 - 20:25

Hökumət media xərclərini “qayçıladı” –2017-ci ilin büdcəsindən ayırma azaldıldı

nazirler-kabineti

2017-ci ilin dövlət büdcəsi layihəsində media ilə bağlı yenilik var.

Qeyd edək ki, Nazirlər Kabinetinin prezidentə verdiyi layihədə radio, televiziya və nəşriyyat xərclərinə 63 milyon 81 min 310 manat ayrılması nəzərdə tutulmuşdu.

Bu, 2016-cı ilin dövlət büdcəsindəki göstərici ilə (67 milyon 618 min 859 manat) müqayisədə 4 milyon 537 min 549 manat az idi.

Prezidentin parlamentə təqdim etdiyi 2017-ci il layihəsində radio, televiziya və nəşriyyat xərcləri 57 milyon 81 min 310 manata enib. Bu, əvvəlki layihə ilə müqayisədə 6 milyon manat azalma deməkdir.  2016-cı ilin dövlət büdcəsi ilə müqayisədə 10 milyon 537 min 549 manat azalma var.

2017-ci ildə dövlət büdcəsinin gəlirlərini 15 milyard 955 milyon manat, xərclərini 16 milyard 600 milyon manat məbləğində təsdiqləmək planlaşdırılır. (Novator.az)