XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

20 Noyabr 2016 - 15:34

Türk general erməni deputatı ağır şərt qarşısında qoydu:"Bunu isbat etməyən şərəfsizdir”

hulusi-akar

"Türk ordusu indiyə qədər Hələbdə tək güllə də atmayıb, bunu isbat etməyən şərəfsizdir”

Bunu NATO Parlamentar Assambleyasının (PA) İstanbulda keçirilən 62-ci sessiyasında Ermənistandan olan deputat Koruyn Nahapetyanın “erməni soyqırımı” barədə sualına  cavab verərkən Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar bildirib.

H. Akar erməni millət vəkilinin sualını tarixi həqiqətlərin saxtalaşdırıla bilməyəcəyinə dair örnək  verərək cavablandırıb: “Qaliley dünyanın öz oxu ətrafında döndüyünü deyəndə ona  inanmadılar, ancaq bu, həqiqəti dəyişdirmədi. Bəhs etdiyiniz “erməni soyqırımı”nın olmaması da bizim üçün o tarixi həqiqətlərdən biridir. Siz bunu nə qədər gündəmə gətirsəniz də, tarixi həqiqət dəyişməyəcək”.

K. Nahapetyanın noyabrın 19-da Suriyanın Hələb şəhərində Türkiyə-İŞİD terror təşkilatı əməkdaşlığı nəticəsində 5 nəfərin ölməsi barədə iddiasına isə H. Akar sərt reaksiya verib: “Türk ordusu indiyə qədər Hələbdə tək güllə də atmayıb. Bunu isbat etməyən şərəfsizdir, isbat etsəniz, istefa verməyə hazıram. Sözünüzü geri götürməyinizi tələb edirəm”.   (APA)