XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

22 Noyabr 2016 - 03:04

Yaponiyada 7,3 bal gücündə zəlzələ oldu –Sunami təhlükəsi elan edildi

zelzele-1

Yaponiyanın şimalında, ilkin məlumata görə, Rixter cədvəli ilə 7,3 bal gücündə zəlzələ olub. Zəlzələ yerli vaxtla noyabrın 22-də səhər saatlarında olub. Yaponiyanın Meteroroloji Agentliyi sunami xəbərdarlığı verib.

Strateq.az Azadlıq Radiosuna istinadla xəbər verir ki, zəlzələin episentri Fukuşima prefekturasının sahil zolağında 10 km dərinlikdə olub. Fukuşima sakinlərinə ərazini tərk etmək məsəhət görülüb.

Dağıntı və tələfat barədə məlumat yoxdur. Zəlzələ paytaxt Tokioda da hiss olunub.

Xatırladaq ki, 2011-ci ildə Yaponiyada zəlzələ məhz Fukuşimada nüvə elektrik stansiyasında dağıntı törətmişdi.

***

APA-nın TASS agentliyinə istinadla yaydığı məlumata görəsə, Yaponiyanın İvaki şəhərində (Fukuşima prefekturası) neft kompleksində artıq yanğın baş verib.

Hadisə nəticəsində zərərçəkən olmayıb, yanğın söndürülüb.

Daha bir yanğın İvaki şəhərində yerləşən, “Kureha” kimya korporasiyasına məxsus müəssisədə baş verib. İlkin məlumata görə, ölən və yaralanan yoxdur.

Qeyd edək ki, bir neçə saat əvvəl Yaponiyada 7,3 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Fukuşima prefekturasında yerləşib. Bir qədər sonra həmin ərazidə 5,5 maqnitudalı daha iki zəlzələ qeydə alınıb.