XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

22 Noyabr 2016 - 12:23

Türkiyədə cinsi təcavüzlə bağlı qalmaqallı qanun layihəsi geri götürüldü –Açıqlama

bineli

Türkiyədə səs-küyə səbəb olan “qurbanla evlənəcəyi halda təcavüzkarların cəzadan azad edilməsini”ni nəzərdə tutan qanun layihəsi geri götürülüb.

Bu barədə Baş nazir Binəli Yıldırım açıqlama verib.

Nazirin sözlərinə görə, bütün təkliflərin nəzərə alınması və problemin həll yolunun tapılması məqsədilə layihə komissiyaya geri qaytarılır.

B.Yıldırım onu da əlavə edib ki, xalq bu qanunu təcavüz edən şəxslərin əfvi kimi başa düşsə də, əslində məqsəd ölkədəki təcavüz problemini aradan qaldırmaq idi.

O, “Müxalifət partiyalarına çağırış edib bu məsələdə ortaq yol tapaq dedik. Hətta dedik ki, təklifinizi də gətirin, bu məsələni həll edək. Beləliklə, qanayan bir yara aradan qalxsın. Təəssüf ki, bu çağırışımız olduğu kimi qəbul edilmədi və cəmiyyətdə fikir qarışıqlığı yaratmağa qismən nail oldular”,- deyib.

Qafqazinfo