XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2016 - 19:55

Bricit Brink Prezidentlə nələri müzakirə edib? –Detallar açıqlandı

bricet-brinks

“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında vacib rol oynayır”.

Bunu bu gün Bakıda keçirdiyi brifinqdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Bricit Brink deyib.

Onun sözlərinə görə, səfər çərçivəsində Azərbaycan Prezidenti, vətəndaş cəmiyyətinin təmsilçiləri və müxalifət partiyalarının nümayəndələri ilə görüşüb: “Görüşlərdə Azərbaycanla ABŞ arasında münasibətlər və bu əlaqələrin inkişaf perspektivləri müzakirə olunub. Eyni zamanda, təhlükəsizlik, terrorizmə, transmilli cinayətkarlığa, korrupsiyaya qarşı mübarizə, iqtisadi əməkdaşlıq, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb”.

B.Brink bildirib ki, ABŞ Azərbaycanla əməkdaşlıq etmək prinsipinə sadiqdir.

ABŞ dövlət katibinin köməkçisinin müavini həmçinin Prezident İlham Əliyevin xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında fərman imzalamasını alqışlayıb və bunu müsbət addım kimi dəyərləndirib.

Report