XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

24 Noyabr 2016 - 00:48

ABŞ-ın müdafiə naziri:"Rusiya kifayət qədər böyük, güclü və təhlükəlidir"

karter-abs-in-mudafie-naziri

"ABŞ Rusiya ilə yeni soyuq müharibənin başlanılmasına çalışmır".

Bu sözlər ABŞ Müdafiə naziri Eşton Karterin Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun saytında dərc olunan məqaləsində yer alıb.

Onun sözlərinə görə, ABŞ istənilən halda öz müttəfiqləri və tərəfdaşlarını, eləcə də dünya nizamının prinsiplərini qorumağa çalışacaq:

“Son illər təəssüf ki, Rusiyanın davranışı dəyişib. Moskva beynəlxalq nizamın dəstəklənməsi yerinə on illər ərzində əldə olunan inkişafa zərbə vurmaq istəyir. Bunu biz Gürcüstan, Suriya, Ukraynada, həmçinin kiberhücumların təşkilində, beynəlxalq razılaşmaların pozulmasında gördük. Məhz Rusiyanın ucbatından Suriyada situasiya təhlükəli vəziyyətə gəlib çatdı. Rusiya kifayət qədər böyük, güclü və təhlükəlidir. Onu görməzdən gəlmək və ya tam təcrid etmək mümkünsüzdür”.

Axar.az