Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın oğlu anasının ölüm xəbəri ilə bağlı açıqlama verib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, o, anasının sağ olduğunu bildirib:
"Anam ölüm xəbəri yalamdır. Anam sağdır. Ancaq hələ də ev dustağıdır. Bacım İman Kərimova isə artıq ev dustaqlığından azad edilib. Hələlik onun ölkəni tərk etməsinə icazə verilməyib".
Qeyd edək ki, Gülnarə Kərimovanın noyabrın 5-də zəhərləndirilərək, öldürüldüyü ilə bağlı xəbər yayılmışdı.