Bu gün Prezident İlham Əliyev daha bir fərman verib.
Strateq.az xəbər verir ki, dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında imzalanan fərmana əsasən, Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilib və onun səlahiyyətləri Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə edilib.
Fərmana əsasən, Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin istifadəsində olan dövlət əmlakı Xüsusi Dövlət Mühafizə Xidmətinə verilib.