XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2016 - 18:22

“Elektron müraciət neqativ halları aradan qaldıra bilər” –Vüqar Bayramov

Vüqar

Xəbər verdiyimiz kimi, ipoteka kreditlərinə müraciət bərpa edilib.

Bu gün təsdiq edlən yeniliklər arasında diqqətçəkən məqamlar həm sosial, həm də adi ipoteka kreditləri üçün maksimum məbləğin 50 min manatdan 100 min manatadək artırılması, dövlət büdcəsindən ayrılacaq 50 milyon manatla yanaşı, istiqrazlar hesabına əlavə 50 milyon manatın, bütövlükdə 100 milyon manatın gələn il ipoteka kreditləşməsinə yönəldilməsi və elektron ipoteka sisteminin tətbiqidir.

Strateq.az xəbər verir ki, bu və ya digər yeniliklərə münasibət bildirən iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, elektron müraciətin tətbiqi çox vacib idi:

"Çünki bir sıra banklarda ipoteka almaqda süründürməçilik və hətta əlavə ödənişin istənilməsi halları var idi ki, bu da kreditə əlçatanlığı xeyili dərəcə də məhdudlaşdırırdı.

Elektron müraciət bu neqativ halları aradan qaldıra bilər. Bunun üçün elektron müraciətlərin şəffaf və hesabatlı şəkildə öyrənilməsi və cavablandırılmasına nəzarətin gücləndirilməsi vacibdir.

Eyni zamanda, mənzil bazarında qiymətlər yüksək olduğu üçün 50 min manatlıq maksimum hədd də kifayət etmirdi və bu baxımdan bu rəqəmin 2 dəfə artırılmasına ehtiyac var idi".