XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2016 - 00:43

Avropa Liqası: “Qarabağ” böyük hesabla uduzdu –Komandamız qrupdan necə çıxa bilər?

qarabag

Avropa Liqasında qrup mərhələsinin V turu çərçivəsində "Qarabağ” bu gün səfərdə "Slovan”ın qonağı olub. 

Strateq.az xəbər verir ki, komandamız gözlənilmədən böyük hesabla uduzub – 3:0.

Məğlubiyyətə baxmayaraq, "Qarabağ" qrupdan cıxmaq şansını son oyuna saxlayıb. Lakin komandamızın son rəqibi İtaliyanın güclü komandalarından olan qrup lideri "Fiorentina" komandasıdır. Əgər "Qarabağ" güclü rəqibinə Bakıda qalib gəlsə, digər oyunun nəticəsindən asılı olmayaraq 1/16 final mərhələsinə vəsiqə qazanacaq. 

Komandamız heç-heçə nəticəsində də qrupdan çıxa bilər. Bunun üçün PAOK – "Slovan" oyunu ya bərabərliklə bitməli, ya da Çexiya təmsilçisi qalib gəlməlidir.