İsrail bu ölkədə tüğyan edən meşə yanğınları ilə əlaqədar müvafiq köməkliyin göstərilməsi üçün Azərbaycana müraciət edib.
Strateq.az FHN-ə istinadən xəbər verir ki, bununla bağlı prezident İlham Əliyevin tapşırıq verib.
Tapşırığa əsasən, Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarənin müvafiq yanğınsöndürmə avadanlıqları ilə İsrailə göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.
Təyyarə bu gün yola düşəcək.