XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2016 - 14:44

İpoteka krediti üzrə ilkin ödəniş neçə olmalıdır? –Vüqar Bayramovdan şərh

Vüqar

"Monitorinqlərimiz göstərirdi ki, ipoteka krediti verilən zaman bəzi banklar kredit alan şəxsdən hətta 40 faizlik ilkin ödəniş belə tələb edirdi. Bu isə xüsusən aztəminatlı ailələrin kreditdən istifadə imkanlarını xeyli məhdudlaşdırırdı". 

Strateq.az xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, mövcud qaydalara əsasən, adi ipoteka kreditləri üzrə ilkin ödəniş məbləği 15-25 faiz, sosial kreditlər üzrə isə 15 faizdir. Bu isə o deməkdir ki, heç bir halda bank adi ipoteka krediti üzrə 25, sosial kreditlər üzrə isə 15 faizdən çox ödəniş tələb etməz:

"Bəzi banklar bu rəqərmlər üzrə spekulyasiya aparıb ilkin ödəniş tələb etsələr də belə söhbət maksimum faizlərdən gedir. Çox təəssüf ki, əvvəllər 40-45 faizlik ilkin ödənişin tələb edilməsi halları çox müşahidə edilirdi və buna görə də, belə hallar olan zamanda İpoteka Fonduna müraciət etmək lazımdır. 

Digər tərəfdən, hətta mövcud ilkin ödəniş məbləğləri də yüksəkdir, xüsusən də aztəminatlı ailələr üçün birdəfəlik 15 və ya 25 faiz ödəniş etmək heç də asan deyil. Bu baxımdan, əvvəllər də təklif etdiyim kimi, ilkin ödəniş məbləğinin adi ipoteka kreditlər üzrə 10-15, sosial ipoteka kreditləri üzrə isə 10 faizədək azaldılmasına ehtiyac var. Bu bankların yenə də risklərini sığortalamaq imkanı verməklə, ipoteka kreditlərinə əlçatanlığı artıra bilər".