XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2016 - 16:15

Azərbaycanda müstəqil komitələr yaradılır –Milli Məclisdə müzakirə

meclis-1

Bu gün Milli Məclisin Gənclər və idman komitəsinin növbəti iclası keçirilib.

İclasda “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. 

Komitə sədri Fuad Muradov bildirib ki, əvvəlki müzakirələr zamanı səsləndirilən təkliflər yeni layihədə nəzərə alınıb: 

“Bu günlərdə Beynəlxalq Antidopinq Agentliyinin nümayəndələri də Bakıda səfərdə olub və onların da təklifləri nəzərə alıb.

Azərbaycanda yaradılacaq Milli Antidopinq Agentliyinin tövsiyəsi əsasında müstəqil komitələr yaradılacaq. Həmin komitələr Terapevtik istifadəyə icazə , İntizam, Apellyasiya komitələridir. Eyni zamanda Milli Antidopinq Agentliyinin tərkibində Müşahidə Şurası yaradılacaq. Həmin şuranın tərkibində Milli Məclisin, Milli Olimpiya Komitəsinin, Milli Paralimpiya Komitəsinin, müvafiq icra hakimiyyəti orqanlarının iki nümayəndəsi, məhkəmə hakimiyyətinin nümayəndəsi və baş direktor təmsil olunacaq”.

Komitə üzvü Rauf Əliyev qanunun qəbul edilməsinin vacibliyinə toxunub: “Çünki Beynəlxalq Antidopinq Agentliyi bu qanunun qəbulunu Azərbaycandan gözləyir. Bu agentlik indi elə məsələlərə əl atır ki..

Görürsünüz, 2008- ci ildə Pekin Olimpiadasında medal qazanmış idmançımız Vitali Rəhimovu yoxlayır. Baxmayaraq ki, məsələnin üstündən 8 il keçib”.

Qanun layihəsini Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qafqazinfo