Tacikistan prezidenti Emoməli Rahmonun üçüncü qızı Ruxşona Rəhmon Xarici İşlər Nazirliyində beynəlxalq təşkilatlar şöbəsinin müdir müavini təyin edilib.
Strateq.az xəbər verir ki, Xarici İşlər Nazirliyində R.Rəhmon təxminən 10 ildir işləyir. Əvvəllər o, Tacikistanın Böyük Britaniyadakı səfirliyində çalışıb.
Londonda o, İngiltərədə Tacikistanın ticarət nümayəndəsi olmuş əri Şamsullo Sohibov ilə birgə yaşayıb.
Ötən il Ş.Sohibov Qış idman növləri üzrə Milli Assosiasiyasının prezidenti seçilib.
Xatırladaq ki, bundan əvvəl prezidentin böyük qızı Ozoda Rahmon Tacikistanın Xarici İşlər Nazirliyində birinci müavin vəzifəsində çalışıb.
Hazırda o, həm Milli Məclisin (parlamentin yuxarı palatası) üzvü, həm də Prezident Administrasiyasının rəhbəridir. Prezidentin böyük oğlu Rüstam İmaməli Dövlət maliyyə nəzarəti və korrupsiyaya qarşı mübarizə Agentliyinə başçılıq edir.
Tacikistana 1992-ci ildən rəhbərlik edən Emoməli Rəhmonun 9 uşaqı – yeddi qızı və iki oğlu var.
M.Rzasoy