XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2016 - 22:33

“NATO öz orbitinə yeni ölkələr daxil etmək istəsə…” –Rusiya nüvə silahı ilə təhdid etdi

frants_klinevi

"NATO öz orbitinə yeni ölkələr daxil etmək istəsə, Rusiya öz nüvə silahlarını NATO obyektlərinə doğru yönəldəcək".

Bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin sədr müavini Frants Klinçeviç söyləyib.

Onun sözlərinə görə, NATO hesab edir ki, müəyyən ölkələrin bizim ərazimizə zərbə endirilməsi üçün plasdarm rolunu oynamasını Rusiya xalqların azad iradəsi kimi qəbul etməlidir.

O, NATO-nun azadlıq və demokratiya prinsipləri adı altında dünyada hegemoniyasını formalaşdırmaq istədiyini bildirib.

Axar.az