XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2016 - 23:40

“Qan tökə bilməzdim” –Yanukoviçdən Donbas açıqlaması

yanukovic

Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.

O, bu barədə Rostovda keçirdiyi mətbuat konfransında bildirib.

“Mən, Donbasın Ukraynanın tərkibində olması, Ukraynanın ərazi bütövlüyünün saxlanılmasının tərəfdarıyam”, – deyə V.Yanukoviç vurğulayıb.

Sabiq prezident əvvəldən Donbasın ayrılmasının əleyhinə olduğunu qeyd edib: “Münaqişənin həlli üçün, ilk  növbədə, atəşkəsə nail olmaq və qoşunları geri çəkmək lazımdır”.

V.Yanukoviç “Maydan” hərəkatı zamanı özünün ən böyük səhvindən də danışıb: “Mən müqəddəs deyiləm. Hərbi vəziyyətə dair qanun imzalamağa özümdə güc tapmadım. Mən qan tökə bilməzdim”. 

APA