XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2016 - 02:20

Rusiyadan Ukraynaya nota:"Raket sınaqları Rusiyanın sərhədini poza bilər"

soyqu

Rusiya müdafiə nazirliyi Krım yaxınlığında raket sınaqlarına görə Ukraynanın hərbi attaşesinə nota təqdim edib.

Bunu Rusiya müdafiə nazirliyi bildirib.

Məlumatda bildirilir ki, Ukraynanın həyata keçirəcəyi təlim Rusiyanın sərhədini poza bilər.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov, öz növbəsində, bildirib ki, rəsmi Kiyev Kerç boğazında raket sınaqlarının keçirilməsini planlaşdırmır: “Kerç boğazından qərbdə olan ərazi isə Ukraynanın suveren hava məkanıdır. Ukrayna raket sınaqlarını beynəlxalq öhdəlik və sazişlər çərçivəsində yerinə yetirir”.

Qeyd edək ki, dekabrın 1-2-də Ukrayna Krım yaxınlığında raket sınaqları keçirmək niyyətindədir.