XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2016 - 13:51

İlham Əliyev İran prezidentinəbaşsağlığı verdi

Prezident İlham Əliyev İran prezidenti Həsən Ruhaniyə Semnan vilayətində baş vermiş dəmir yolu qəzası nəticəsində insanların həlak olması ilə bağlı başsağlığı verib.

Başsağlığında deyilir: "Semnan vilayətində baş vermiş dəmir yolu qəzası nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Allah rəhmət eləsin!".