XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

27 Noyabr 2016 - 04:25

Qubad İbadoğlu:"Yanvardan metroda gediş haqları qaldırıla bilər"

metro-4

Gələn ilin yanvarın 1-dən metroda gediş haqları artırıla bilər.

Strateq.az xəbər verir ki, bu haqda məlumatı tanınmış iqtisadçı alim Qubad İbadoğlu özünün facebook səhifəsində qeyd edib.

Q.İbadoğlunun yazdığına görə, "Bakı Metropoliteni” QSC-yə sərnişindaşımadan yaranacaq zərərin ödənilməsi üçün 2017-ci ildən büdcədən ayrılacaq subsidiya bu illə müqayisədə 8 milyon manat və ya 21,0% az proqnozlaşdırılıb: "Növbəti il üçün metropolitenə 30 milyon manat subsidiya ayrılacaq. Bu isə o deməkdir ki, gələn il yanvarın 1-dən metroda gediş haqları arta bilər".