XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2016 - 10:16

Kürd siyasətçi nigarandır:“PYD ABŞ üçün əhəmiyyətini itirir”

 

pyd

PKK-nın Suriya uzantısı olan PYD ən böyük zərbəni kürd xalqına vurub.

Strateq.az xəbər verir ki, kürd siyasi liderlərdən olan İbrahim Bıro belə düşünür.

Onun fikrincə, PYD-nin mövqeyi ucbatından kürd xalqı yaşadığı torpaqları tərk etmək məcburiyyətində qalıb: “Bu təşkilat bölgədə suverenlik elan edildikdən sonra gəncləri zorla silahlandırır və xalqdan daha çox vergi tələb edir. Xalq isə bu vergini ödəməkdə çətinlik çəkir”.

PYD-nı totalitar və Stalinçı partiya olaraq görən Bıro onun digər partiyalarla hakimiyyəti bölüşmək istəmədiyini və rəsmi Dəməşqin  uzantısına çevrildiyini düşünür: “Bölgədəki kürd qruplara Suriya rejiminə olan bağlılıqlarına görə rəftar edilir. Onların məntiqinə görə, əgər Suriya rejiminə qarşısansa, bu, PYD-yə də qarşı olmaq deməkdir. Yox, əgər Suriya rejiminə sadiqsənsə, deməli, PYD-yə də sadiqsən. Bizim bir partiya kimi çətinliyimizin əksəriyyəti də PYD-nin bu məntiqindən qaynaqlanır. Partiyamız illərdir Suriya rejiminə qarşıdır və vətəndaş müharibəsi başlamamışdan əvvəl iqtidardakı BƏƏS-ə qarşı mövqe tutduq. Nə yazıq ki, o zaman belə indiki qədər repressiyalara məruz qalmadıq. İndi isə PYD qorxunc bir şəkildə gündəlik və siyasi həyata müdaxilə edir”.

PYD-nin bölgəyə dinclik gətirmədiyini vurğulayan Bıro onun müstəqil bir dövlət qurmağı hədəfləmədiyini düşünür.

PYD-nin indiki mərhələyə necə gəldiyinə də aydınlıq gətirən Bıro bunu İŞİD-ə qarşı vuruşmasıyla izah edib:

PYD İŞİD-ə qarşı döyüşdü, bunu inkar etmirəm. ABŞ bu məsələdə PYD-yə bel bağladı, çünki Suriya müxalifəti zəif idi və parçalanmışdı. Türkiyə PYD-ni PKK-nın bir qolu olaraq görür. Düzünü demək gərəklidirsə, PYD də PKK ilə olan bu əlaqələrini inkar etmir. "

Bununla belə, PYD-nin getdikcə ABŞ üçün əhəmiyyətini itirdiyini düşünən Bıro öz fikrini belə əsaslandırıb:

"Məncə, müharibə artıq son mərhələsinə qədəm qoydu. Mosul və Rakkanın işğaldan azad olunmasından sonra İŞİD-lə döyüşməyə ehtiyac qalmayacaq və o zaman Amerikanın PYD-yə münasibəti də dəyişəcək”.

İbrahim Bıro Suriya Kürd Milli Şurasının (ENKS) sədri və bu şuranın aparıcı subyektlərindən olan Suriya Kürd Birlik Partiyasının (SKBP) baş katibidir. O, hazırda İraqda mühacirətdədir.

Heydər

Strateq.az