XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

28 Noyabr 2016 - 12:17

Lukaşenko Azərbaycan prezidenti ilə təkbətək görüşəcək –Rəsmi Minskdən açıqlama

ilham-lukasenko

"Belarus-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri, o cümlədən investisiya sahəsində əməkdaşlıq Aleksandr Lukaşenkonun bu gün Azərbaycana başlayan ikigünlük rəsmi səfəri zamanı müzakirə olunacaq".

Strateq.az xəbər verir ki, bu barədə Belarus dövlət başçısının mətbuat xidmətindən məlumat verilib.

"Aleksandr Lukaşenko noyabrın 28-29-da Azərbaycana rəsmi səfər edəcək. Bakıda o, Belarus-Azərbaycan münasibətlərinin inkişaf perspektivlərini, o cümlədən ticari-iqtisadi, birgə layihələr üzrə iş, investisiyalar, kənd təsərrüfatı kompleksi və idman sahələrində əməkdaşlığı müzakirə edəcək", – deyə mətbuat xidmətnindən bildirilib.

Səfər proqramında Prezident İlham Əliyevlə "təkbətək" və geniş tərkibdə danışıqlar nəzərdə tutulur. Bu görüşlərin nəticələri əsasında bir sıra beynəlxalq sənədlərin imzalanması gözlənilir. Aleksandr Lukaşenko Baş nazir Artur Rasizadə ilə də görüşəcək.

M.Rzasoy