XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

28 Noyabr 2016 - 14:33

Lukaşenkonu Azərbaycanda nazir müavinləri belə qarşıladı –Səfər qrafiki (FOTO)

lukasenko

Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri başlayıb.

Heydər Əliyev adına Hava Limanında onu baş nazirin müavini Yaqub Eyyubov və xarici işlər nazirinin müavini Xələf Xələfov qarşılayıb.

A. Lukaşenko bu gün Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və geniş tərkibli görüş keçirəcək. 

Tərəflərin Belarus-Azərbaycan münasibətlərinin hazırkı durumu və inkişaf perspektivləri, o cümlədən ticarət və iqtisadi əməkdaşlıq, korporasiya layihələri, investisiya, kənd təsərrüfatı və idman sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəkləri və yekununda bir sıra sənədlərin imzalanması gözlənilir.

Aleksandr Lukaşenko baş nazir Artur Rəsizadə ilə də görüşəcək.

Səfər sabah başa çatacaq.