XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2016 - 13:16

Azərbaycanda insan orqanlarının transplantasiyası ilə bağlı qanuna –Dəyişiklik

meclis

Azərbaycanda insan orqanlarının transplantasiyası barədə reklamın tibbi ixtisaslaşması olmayan mətbuat, televiziya və digər vasitələrdə yerləşdirilməsi qadağan olunur.

Milli Məclisin bu gün keçirilən iclasında “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Qanunun 16-cı maddəsinə edilməsi nəzərdə tutulan dəyişikliyə əsasən, transplantasiya barədə reklam yalnız tibb sahəsində ixtisaslaşdırılmış mətbu nəşrlərdə, tibbi işçiləri və əczaçılar üçün keçirilən tədbirlərdə yayımlana biləcək.

Layihənin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev bildirib ki, bu ixtisaslaşmış mətbuatı kimin müəyyən etməsi qaranlıq qalır: “Kim müəyyən edəcək ki, filan mətbuat ixtisaslaşmış tibb üzrə mətbuatdır? Dilimizdə orqan köçürməsi ifadəsi olduğu halda, transplantasiya sözündən niyə istifadə edirik?”.

Deputat təklif edib ki, Azərbaycanda insan orqanları köçürmələri yalnız qohumlar arasında yox, ümumiyyətlə bütün insanlar arasında olsun.

Layihə səsə qoyularaq qəbul olunub.

APA