XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2016 - 15:06

“Moskva anlamalıdır ki, regional siyasətindən ciddi narazılıq var” –Politoloq

elxan

Bu gün həm Qüdrət Həsənquliyev, həm də Fazil Qəzənfəroğlu Milli Məclisin iclasında Rusiyanın siyasətini tənqid ediblər. Bildirilib ki, Ermənistanla hərbi müttəfiqliyini daha da dərinləşdirən Rusiya ilə münasibətlərə yenidən baxılmalıdır.

Bu və ya digər məqamlarla bağlı Strateq.az-a açıqlama verən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Rusiya həqiqətən təhlükəli qonşudur və belə bir dövlətlə normal münasibətlərin davamına çalışılmalıdır:

"Ancaq bu demək deyil ki, rəsmilərimiz Rusiyanı tənqid etməməli, heç olmazsa yumşaq şəkildə “Rusiya işğalçı ölkədə “İsgəndər” raketlərini yerləşdirməklə, Ermənistanla birgə qoşun birlikləri yaratmaqla Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsizliyinə kölgə salır” ifadəsini səsləndirməməlidirlər. Əgər rəsmilər deyə bilmirlərsə, bu tip fikirlər heç olmazsa parlamentdə səslənməlidir. Bu gün həm Qüdrət Həsənquliyev, həm də Fazil Qəzənfəroğlu Milli Məclisin iclasında Rusiyanın siyasətini tənqid ediblər. Bildirilib ki, Ermənistanla hərbi müttəfiqliyini daha da dərinləşdirən Rusiya ilə münasibətlərə yenidən baxılmalıdır. Haqlı tələbdir".

Politoloqun sözlərinə görə, bu cür tənqidlər daima səslənməlidir:

"Moskvada anlasınlar ki, Azərbaycanda Rusiyanın regional siyasətindən ciddi narazılıq var. “Azərbaycanda 90 min şagird rus dilində təhsil alır” raportlarını verməklə deyil e, şimal qonşumuz Ermənistanda bundan dəfələrcə az rus dilində təhsil alan topluma dəstək verir".