XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2016 - 16:02

Azərbaycanın rusların bayrağı altında Suriyada döyüşməsi… –Politoloqdan Moskvanın istəyinə reaksiya

elxan

"Kremlin nəzarətindəki “Nezavisimaya qazeta” qəzetinin “Azərbaycan da daxil olmaqla bəzi MDB respublikaları Suriyada “sülhün təmin olunması” üçün başladılacaq sülhməramlı missiyanın tərkibində öz qoşunlarını bu ölkəyə göndərə bilər” yazsının məhz bu gün yayınlanması təsadüfi deyil. Bu, bir nəbz yoxlamasıdır".

Strateq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə,  Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə artıq toplantı çərçivəsində azərbaycanlı həmkarı Zakir Həsənovla görüşüb. Rusiya qəzetinin yazdığına görə, bu görüşmədə də Suriyaya hərbi birlik göndərilməsi məsələsi müzakirə olunub:

"Azərbaycanın İraq, Kosovo və Əfqanıstandakı sülhməramlıların tərkibində iştirakı ümumi koalisiyanın varlığı ilə əlaqəli olsa da, indiki şərtlər altında Suriyaya hərbi birlik göndərilməsi Azərbaycanın maraqlarına cavab vermir. Suriyada isə terrorçulara qarşı savaşan beynəlxalq koalisiya yoxdur.

Bundan başqa, əgər beynəlxalq birlik Suriya ilə bağlı ümumi koalisiya yarada bilmirsə, Azərbaycan öz hərbçilərini Rusiyanın patronajlığı altında niyə bu ölkəyə göndərməlidir?

İkincisi, Azərbaycan Ermənistan hərbçiləri ilə eyni koalisiyada iştirak etməməlidir.

Üçüncüsü, Azərbaycanın Rusiyanın rəhbərliyi altında koalisiyada iştirakı rəsmi Bakının tərəf seçməsi anlamına gələcək.

Yəni rəsmi Bakı yüzminlərlə insanın qətlinin səbəkarı Bəşər Əsəd seçəcək, qarşısında isə strateji müttəfiqi Türkiyəni və ABŞ görəcək. Bu, bizə lazımdırmı?".