XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2016 - 18:34

Akif Çovdarovun işi üzrə zərərçəkmiş şəxsə həbs cəzası verilib –15 il

Məhkəmə 876

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Real MTK”-nın təsisçisi və rəhbəri İlham Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, İ. Qasımov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Prokuror ona 13 il həbs cəzası istəmişdi.

Qeyd edək ki, prokuror təqsirləndirilən şəxsin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. İ. Qasımov bu ilin iyun ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinir. İ. Qasımov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun işində zərərçəkmiş kimi tanınır.  (APA)