XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 December 2016 - 00:44

Putinlə Ərdoğan danışdı –Suriya ilə bağlı anlaşılmazlıq çözüldü

putin-erdoqan-16-6

Rusiya və Türkiyə liderləri bu gün telefonla Hələb və ümumilikdə Suriyadakı vəziyyəti müzakirə ediblər.

TASS agentliyinin verdiyi xəbərə görə, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Hələbə  humanitar yardım çatdırılması üçün səyləri artırmaq barədə razılığa gəliblər.

Həmçinin tərəflər Hələbdə toqquşmaların tezliklə dayandırılması perspektivlərini müzakirə ediblər.

Bundan başqa, iki ölkə lideri dekabrın 1-də keçiriləcək strateji planlaşdırma üzrə Rusiya-Türkiyə birgə qrupunun görüşü, baş nazir Binali Yıldırımın dekabrın əvvəlində Rusiyaya səfəri barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, bu, son günlər ərzində Ərdoğan və Putin arasında baş tutan üçüncü telefon danışığıdır. 

APA