XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2016 - 13:21

“İki ölkə arasındakı güclü siyasi əlaqələr region üçün əhəmiyyətlidir –Prezident

ilham-bosniya-eldar-hesenov

Azərbaycan prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İkitərəfli münasibətlərimizin inkişafının və tərəfdaşlığımızın səviyyəsinin razılıq doğurduğunu vurğulayan prezident İlham Əliyev ölkələrimiz arasında güclü siyasi əlaqələrin region üçün də əhəmiyyətli amil olduğunu deyib.

Dövlət başçısı Bosniya və Herseqovinanın rəhbərləri ilə son illər çoxlu sayda səmimi, konstruktiv və dostluq ruhunda görüşlər keçirdiyini məmnunluqla xatırlayıb.

Prezident İlham Əliyev Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadakın Azərbaycanda keçirəcəyi görüşlərdə siyasi əlaqələrin və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası çərçivəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu bildirib. Beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birini həmişə dəstəklədiklərini qeyd edən İ. Əliyev bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı bütün təşəbbüslərdə daim qarşılıqlı dəstəyin zəruriliyini də vurğulayıb.

Azərbaycanla Bosniya və Herseqovina arasında iqtisadi tərəfdaşlıq və sərmayə qoyuluşu ilə bağlı məsələlərə toxunan dövlət başçısı bildirib ki, Bakir İzetbekoviç Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri olarkən onunla Azərbaycan sərmayəsinin Bosniya və Herseqovinaya yatırılmasına dair səmərəli müzakirələr aparıb.

Prezident İlham Əliyev ölkələrimiz arasında müvafiq sahələrdə idxal-ixrac imkanlarının müəyyənləşdirilməsi və qarşılıqlı ticarətin həcminin artırılmasının vacibliyini diqqətə çatdırıb. Təkcə ölkəmiz və region üçün deyil, qlobal xarakter daşıyan enerji layihələrinə toxunan dövlət başçısı Bosniya və Herseqovinanın Azərbaycanın həyata keçirdiyi bu layihələrdə fəal iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

İ. Çrnadak isə ölkələrimiz arasında çox yaxşı əlaqələrin olduğunu vurğulayaraq münasibətlərimizin möhkəmləndirilməsində səmimi dostluq şəraitində keçən yüksək səviyyəli səfərlərin önəmini qeyd edib. O bildirib ki, qarşılıqlı səfərlərin əsas məqsədi əməkdaşlığın bütün əhəmiyyətli sahələrini əhatə etmək və ikitərəfli əlaqələri dərinləşdirməkdir.

APA