XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 December 2016 - 21:13

AKP ilə MHP razılaşdı –Ərdoğanın yolu açıldı

bahceli-yildirim

Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı iqtidar partiyası AKP ilə Dövlət Baxçalının lideri olduğu MHP bütün detalları razılaşıb.

Strateq.az TRT-yə istinadən xəbər verir ki, bununla bağlı AKP lideri Binəli Yıldırımla MHP sədri az öncə görüşüblər.

Görüşlə bağlı açıqlama verən Binəli Yıldırım deyib ki, əsas müzakirə prezident Ərdoğanın partiyası ilə birbaşa rəsmi əlaqəsinin olması olub: "Bu da müzakirə olunaraq, razılaşdırıldı. İndi razılaşma parlamentə göndəriləcək. Əgər 330 millət vəkili "hə" deyərsə, dəyişikliklərin hüquqi yolu açılacaq. Bundan sonra prezident seçilən şəxs də partiyası ilə rəsmi əlaqəsini davam etdirəcək".