Azərbaycan Müdafiə Nazirliyi düşmənlə təmas xəttində gərginliyin yaranması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, erməni silahlı bölmələrinin təxribatlarının qarşısı qətiyyətlə alınır: “Düşmənlə qarşıdurma xəttində əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarətindədir”.
Qeyd edək ki, Ermənstan Müdafiə Nazirliyi noyabrın 30-da cəbhədə baş verən atışmada üç hərbçisininin yaralandığı barədə məlumat yayıb.