XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Dekabr 2016 - 19:51

İŞİD Avropanı kimyəvi silahla təhdid edir? –Rəsmi xəbərdarlıq

isid

Avropa İttifaqının polis xidməti Europol İŞİD terror təşkilatının kimyəvi silahdan istifadə etməklə, Avropada terror aktları törədə biləcəyi barədə xəbərdarlıq edib.

“The Independent” qəzetinini məlumatına görə, Europol hesabatında qeyd edib ki, İŞİD Suriya və İraqda məğlubiyyətləri fonunda taktikasını dəyişir.

Qurumun antiterror bölməsinin koordinatoru Jil de Kerşov hesab edir ki, İŞİD sıralarına qoşulmuş və cihad ideologiyasını qəbul etmiş şəxslərin ölkələrinə qayıtması prosesi ilə əlaqədar bir neçə il bu təhlükə mövcud olacaq. Silah və partlayıcı qurğulardan istifadə bacarığı olan bu şəxslərlə mübarizə üçün kompleks yanaşma və uzunmüddətli strategiya vacibdir.

Jil de Kerşov bildirib ki, terrorçular daha asan hədəflərə, məsələn, ictimai nəqliyyata hücum edə bilərlər. Başqa sözlə, terrorçular vacib infrastruktur obyektlərini, məsələn, elektrik stansiyasını sıradan çıxarmağa deyil, daha çox insanı qorxutmağa cəhd edəcəklər. Bunun üçün isə Suriya və İraqda olduğu kimi, insanları oğurlamağa, yaxud kimyəvi və bioloji silahlardan istifadə etməklə hücum həyata keçirməyə cəhd edə bilərlər.

APA