XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2016 - 20:36

Sabiq deputat:"Suriya ordusu Türkiyə ordusu ilə üz-üzə gələrsə..."

zuheyir

"Mən, Türkiyə və Suriya orduları arasında yaranacaq hər hansı bir qarşıdurmanın yalnız hərbi məsələ, hətta regional məsələ olacağını düşünürəm".

Strateq.az xəbər verir ki, bunu suriyalı siyasi fəal və sabiq millət vəkili Züheyr Taraf bildirib.

"Bu iki ordu arasındakı qarşıdurma yox, iki qütb arasındakı qarşıdurma olacaq.

Təbii ki, mən bu iki ordu arasında birbaşa toqquşmanın yaranacağına inanmıram. Doğrudur, hazırda Suriya ordusu Türkiyə hərbçiləri ilə Hələb və digər bölgələrdə mübarizə aparır. Lakin əslində, Suriya Ordusu ilə döyüşən Türkiyənin dəstək verdiyi "Ehrar-uş-Şam" və "Cundul-Əqsa" kimi qruplardır",  – deyə Z.Taraf əlavə edib.

M.Rzasoy