XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2016 - 00:21

Putindən keçmiş SSRİ vətəndaşlarına jest –Vətəndaşlığı asanlaşdırır

putin-2

Prezident Vladimir Putin hökumətdən, xüsusilə keçmiş SSRİ respublikaları vətəndaşlarının Rusiya vətəndaşlığı alması prosedurunu sadələşdirmək üçün tədbir görməyi xahiş edib.

Bu barədə "İnterfax" məlumat yayıb.

"Mən dəfələrlə hökumətin diqqətini, xüsusilə keçmiş Sovet İttifaqı respublikalarının müəyyən kateqoriyalı vətəndaşlarının Rusiya vətəndaşlığı alması ilə bağlı məsələlərdə bürokratiyanın maksimum dərəcədə aradan qaldırılmalı olduğuna yönəltmişəm", – deyə "İnterfax" Putinin sözlərini sitat gətirib.

Prezident qeyd edib ki, "buna nail olmaq, o qədər də asan iş deyil, burada təhlükəsizliyin təmin edilməsi ilə bağlı xeyli məsələ var".

O, həmçinin əlavə edib ki, mümkün sadələşdirmə müəyyən kateqoriyalı şəxslərə, məsələn yaradıcılıqla məşğul olan peşə sahiblərinə şamil edilməlidir.

Report