İranın neft naziri Bijən Zəngənə OPEC-in neft hasilatını azaltmağa dair qərarını şərh edib.
Strateq.az xəbər verir ki, B.Zəngənə deyib:
"Bütün fərqli baxışlar və rəqabətə baxmayaraq, aylar əvvəl təməlini atdığımız işin nəticəsinə yetişdik. Hətta OPEC-in tarixində bu quruluşla əməkdaşlıq etməyən Rusiya da OPEC-lə razılığa gəldi". İranın neft naziri əlavə edib: "2017-ci ilin iyun ayına qədər neft istehsalımız üçün hər hansı məhdidiyyət yoxdur. Rusiya da bunu təsdiqlədi. Bu ölkənin prezidenti Putin Rusiyanın neft istehsalını 100 min barel azaldacağını bildirdirdi".
B.Zəngənə OPEC-in qərarı ilə neft qiymətlərinin sürətli bir şəkildə artdığını vurğulayıb:
M.Rzasoy