XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2016 - 03:39

Ərdoğan və Putin dollara qarşı –İran və Çin rəhbərləri də onlarla həmrəydir

erdoqan-putin-090

Ankara Moskvaya iki ölkə arasında ticarət hesablaşmalarını milli valyutalarla aparmağı təklif edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

Ərdoğan Çin və İrana da hesablaşmaları milli valyutalarla aparmağı təklif etdiyini bildirib: “Onlar bu təklifi qəbul edib. Biz mərkəzi banklarımıza müvafiq göstərişlər verdik, çalışacağıq xarici ticarət əlaqələrimizi bu yola yönəldək”.

Rəcəb Tayyip Ərdoğan Türkiyə vətəndaşlarını valyuta ehtiyatlarını qızıla və ya lirəyə çevirməyi təklif edib: “Valyuta təzyiq vasitəsidir. Nəyə görə biz ehtiyatlarımızı təzyiq vasitəsinə çevirməliyik? Xarici valyutanı döşək altında saxlayanlar bu vəsaitləri lirə və ya qızıla çevirməlidirlər. Gəlin, milli dəyərlərimizi dəstəkləyək. Bu, Türkiyəyə təzyiq göstərməyə çalışanlara cavab olacaq. Narahat olmayın, itki ilə üzləşməyəcəksiniz”.