XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2016 - 17:28

Türkiyədə terror əməliyyatı:1 həftə ərzində 94 PKK terrorçusu məhv edilib

pkk

Türkiyədə son 1 həftə ərzində aparılan əməliyyatlar nəticəsində 94 PKK terrorçusu öldürülüb.

Bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Əməliyyatlar terrorçuların saxlandığı mağaralar və keçid yollarının olduğu Hakkari rayonunun Çukurca və Şemdinli qəsəbələrində, Şırnak rayonunun Bestler-Dereler, Cudi Dağı və Beytüşşebap bölgələrində, Diyarbəkirin Lice, Bingöl Kiğı, Tunceli Hozat və Ovacık (Ali Boğazı) qəsəbələrində, Muş rayon mərkəzində, Bitlisin rayonunun Hizan və Ağrı Doğubayazıt (Tendürek Dağı) bölgələrində aparılıb.

APA